Rusiyaya səfərini başa vuran ABŞ dövlət katibi Con Kerri Brüsselə yola düşüb.
APA-nın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, C.Kerri Avropa Komissiyasının rəhbərliyi ilə görüşlər keçirəcək. "Con Kerri Avropanın ürəyi Belçikaya dəstəyimizi bir daha təsdiqləmək üçün Yunkerlə görüşəcək. Qarşıda mühüm işlər var", - deyə Dövlət Departamentinin sözçüsü Con Kirbi "Twitter" səhifəsində yazıb.
Görüş zamanı terrorla mübarizə və Rusiyaya səfərin yekunları ilə bağlı müzakirələr aparılması gözlənilir.