Kerri: ABŞ Liviyada səhvə yol verib

Kerri: ABŞ Liviyada səhvə yol verib
  • DÜNYA

ABŞ dövlət katibi Con Kerri ölkəsinin Liviyada səhvə yol verdiyini etiraf edib və məsələ ilə bağlı prezident Barak Obamanın dediklərini xatırladıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Con Kerri “Rissiya 1” telekanalına müsahibəsində bildirib. “Prezident Obama ABŞ-ın Liviyada  addımlarının bəzilərinin səhv olduğunu etiraf edib, çünki Amerika hərbi müdaxilə etdikdən sonra bu ölkədə legitim hakimiyyətin formalaşdırılmasına dəstək verməyib”, deyə Kerri bildirib.   

Dövlət katibi əlavə edib ki, ABŞ ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edərək  Liviyada yaradılacaq yeni milli birlik hakimiyyətini dəstəkləmək niyyətindədir.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR