Kərəm Həsənovun deputat qardaşı namizəd olmayacaq – ÖZƏL

Kərəm Həsənovun deputat qardaşı namizəd olmayacaq  – ÖZƏL

İki ay sonra keçiriləcək parlament seçkilərində bəzi deputatlar ümumiyyətlə namizədliyini irəli sürməyəcək. Bu deputatlar arasında Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “Azinko Holdiq”in sahibi Malik Həsənov da var.

Beş illik deputat fəaliyyəti dövründə heç bir aktivliyi müşahidə olunmayan, həm seçicilərlə, həm də jurnalistlərlə təmasdan yayınan Malik Həsənovun özünün bu qərara gəldiyi deyilir.

Aktual.az-a daxil olan məlumata görə, komitə sədrinin deputat qardaşının dairəsindən bu dəfə III çağırış Milli Məclisin deputatı olmuş Aydın Həsənov favorit namizəd olacaq.

Vaxtilə 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil etmiş sabiq YAP-çı deputat bu dəfə də gücünü eyni dairədə sınayacaq.

Xatırladaq ki, Aydın Həsənov deputat olduğu dövrdə “Seçki keçirməyə ehtiyac yoxdur, onsuz da parlamentdə ləyaqətli insanlar təmsil olunur” deməklə, mətbuatın gündəminə gəlmişdi.

Aydın Həsənovun yaxın qohumları da faktı təsdiqləyərək, onun bu dəfə seçki marafonunda fəal iştirak edəcəyini bildiriblər.

Adnan/Aktual.az

Xəbər 5254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR