Kərəm Həsənovdan yeni rəis - Təyinatı

Kərəm Həsənovdan yeni rəis   - Təyinatı

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, komitə sədri Kərəm Həsənovun əmri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsinə Hikmət Mustafayev təyin edilib.

H.Mustafayev buna qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsində sektor müdiri vəzifəsində çalışıb.

Bununla yanaşı, müavin postuna da yeni təyinat olub.

Belə ki, buna qədər 13 saylı Şirvan ərazi İdarəsinin rəisi olmuş Namiq Zeynalov H.Mustafayevin müavini təyin olunub.

Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR