Hindistanın Bihar ştatında baş verən daşqınlarda yüzlərlə insan ölüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat verib. Məlumata görə, daşqınlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb.
1725 kənddə təbii fəlakətdən zərər görən insanların sayı isə 3 milyon nəfəri ötüb. Ştatın 12 rayonundan təxminən 400 min nəfər təxliyə edilib.
Yerli hakimiyyət 300-dən çox müvəqqəti sığınacaq yaradıb.