Kənddə köynəksiz gəzməyin axırı bıçaqlanma oldu

Kənddə köynəksiz gəzməyin axırı bıçaqlanma oldu

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Alaxançanlı kəndinə qeydə alınıb.

Aktual.az xəbər verir ki, Daşkəsən rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Alaxançanlı kənd sakini 1978-ci il təvəllüdlü Hikmət Nəsrəddin oğlu Namazov ailəsi ilə birlikdə kənd ərazisindəki yolla gedərkən, yolun kənarında dayanmış 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Taleh Abbas oğlu Məmmədovla aralarında mübahisə yaranıb.

Mübahisəyə səbəb isə Gəncə sakininin kənd ərazisində üst geyimsiz dolaşması olub.

Hikmət Namazov Taleh Məmmədova, “mən ailəmlə gəlirəm, sən isə qadın, qız gözləmədən paltarsız dolaşırsan” - deyə iradını bildirib. Danlağı qəbul edə bilməyən T. Abasov əlindəki bıçaqla H. Namazovun üz nahiyəsindən zərbə endirib.

Yaralını dərhal Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər.

Hazırda vəziyyəti orta ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Taleh Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 
Xəbər 2938 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR