Kənd təsərrüfatı texnikasının verilməsi qaydaları dəyişdirildi

Kənd təsərrüfatı texnikasının verilməsi qaydaları dəyişdirildi

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”ına dəyişiklik edilib.

Aktual.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Qaydanın 2-ci hissənin ikinci abzasının birinci cümləsindən “dəyərinin ən geci 10 ilə ödənilməsi şərtilə” sözləri çıxarılır.

Qaydanın 3-cü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilir: “İstifadəçi “Aqrolizinq” ASC-yə məxsus texnikanı və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizdən az olmayan hissəsini əvvəlcədən, qalan hissəsini isə 10 ildən gec olmayaraq ödəyir.

Qaydaya əlavə edilən 9-cu hissəyə əsasən, ləğv edilmiş lizinq müqaviləsi üzrə istifadə edilmiş texnika və texnoloji avadanlıqlar yenidən lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, əvvəlki istifadəçi ilə bağlanılmış lizinq müqaviləsinin şərtlərinə əsasən həyata keçirilən ödənişlər nəzərə alınmaqla, həmin texnika və texnoloji avadanlıqların yeni istifadəçisinin ödəyəcəyi ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, “Aqrolizinq” ASC-nin nəzdində bu məqsədlə daimi fəaliyyət göstərən komissiya tərəfindən müəyyən edilir.

Əlavə edilən 10-cu hissəyə əsasən isə, əvvəllər lizinqə verilməmiş və “Aqrolizinq” ASC-nin aqroservis filialları tərəfindən istifadə edilmiş texnika və texnoloji avadanlıqlar lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, amortizasiya normaları nəzərə alınmaqla ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR