Ölkə.Az "BBC"yə istinadən xəbər verir ki, Böyük Britaniyada keçirilən referendumun ilkin nəticələri açıqlandıqdan sonra ölkənin baş naziri Devid Keçmeron istefa verəcəyini bəyan edib.
O bildirib ki, ölkəyə yeni lider lazımdır və 3 aydan sonra postunu təhvil verəcək. Həmçinin baş nazirin sözlərinə görə, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olacaq. Bu həm maaşlara, həm də qiymətlərə kəskin təsir göstərəcək.
Xatırladaq ki 52 % britaniyalı Aİ-dən çıxmağa səs verib.