Kəmaləddin Heydərov Tovuzda qəbul keçirəcək

Kəmaləddin Heydərov Tovuzda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 27-də Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Aktual.az-a verilən məlumata görə, qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Olimpiya İdman Kompleksinin inzibati binasında (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 1) 26 yanvar 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Aktual.az
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR