Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR