Kəmaləddin Heydərov Latviyanın iqtisadiyyat naziri ilə görüşüb

Kəmaləddin Heydərov Latviyanın iqtisadiyyat naziri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri Dana Reizniece-Ozola ilə görüşüb.
Aktual.az-ın FHN-nın saytına istinadən məlumatına görə, nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviya Respublikasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.

Dana Reizniece-Ozola Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılıb.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR