Kəmaləddin Heydərov Koreyanın yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Koreyanın yeni səfiri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.
Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Sonra Azərbaycan ilə Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Kim Çanq-gyu ölkədə diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR