Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanları üçün Təhlükəsiz Sığınacaqdakı rəhbər vəzifəsindən kənarlaşdırılıb.
Aktual.az Cebheinfo-ya istinadən xəbər verir ki, QHT rəhbərinin sığınacağındakı fəaliyyətində ciddi nöqsanlar üzə çıxıb.
Kəmalə Ağayeva Cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin sığınacağındakı vəzifəsindən öz xahişi ilə çıxdığını deyib: “Öz xahişimlə işdən çıxmışam. Bu nə deməkdir? Kimə nə dəxli var, niyə çıxmışam? Səbəbi sizin üçün niyə belə önəmlidir? Mən istədiyim vaxt işdən çıxa da bilərərəm, işə girə də bilərəm... Bunun nə dəxli var?”
Qeyd edək ki, bu günlərdə Kəmalə Ağayevanın rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyində qotur xəstəliyi aşkarlanib. Qisa müddətdə uşaqlar arasinda yayilan xəstəliyin öhdəsindən gəlinməyib. Bu səbəbdən uşaqlar dərhal Baki şəhəri 3 sayli uşaq dəri zöhrəvi dispanserinə yerləşdirilib. Siğinacaqda isə dezinfeksiya işləri aparilib, Bu azmiş kimi xəstəxanada müalicə olunan uşaqlarda eyni zamanda göbələk xəstəliyi də aşkarlanib. Təşkilat rəhbəri Kəmalə Ağayeva isə sığınacaqda xəstəliyin ötən ay aşkarlandığını bildirib.