Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.
"Anadolu" xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub.
Qərar 3 il müddətində qüvvədə qalacaq. Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.
Xatırladaq ki, Məhəmməd Məhəmməd Mursi 2012-ci ilin iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib. //AzVision.az