Azərbaycanda məhkum vəfat edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan, 1957-ci il təvəllüdlü Məcid Balış oğlu Quliyev xəstəlikdən dünyasını dəyişib.
Keçmiş polis zabiti, mayor olan M.Quliyev 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər 772 dəfə oxunub.