Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birində oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunan Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.
S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.
Aktual.az
Xəbər 223 dəfə oxunub.