Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü

Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.
***
Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. 
Faktla bağlı araşdırma aparılır.
***
Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. 
Yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. 
Xəbər 979 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR