1 noyabr parlament seçkilərində çox maraqlı bir şəxs deputat mandatı qazanıb.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Türkiyənin keçmiş baş nazirlərindən, İslami hərəkatın lideri kimi tanınan Nəcməddin Ərbakanın 20 illik sürücüsü olmuş Əhməd Həmdi Cam AKP siyahısından Türkiyə Bpyük Millətlər Məclisinə üzv seçilib.
Xatırladırıq ki, Ərbakanın ölümündən sonra Cam uzun illər Ərdoğan baş nazir olarkən onun da sürücüsü işələyib.