Bakıda 37 yaşlı kişi keçmiş arvadına bıçaqla xəsarət yetirib.
Aktual.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Zabrat qəsəbəsi yeni yaşayış massivində yaşayan 1978-ci il təvəllüdlü Rauf Verdiyev gecə saat 03 radələrində keçmiş arvadının evinə gəlib.
O, boşandığı 1989-cu il təvəllüdlü Günay Aşurova ilə mübahsiə edib və sonra bıçaqla onun qolundan və üzündən xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az