Keçmiş arvadını öldürən şəxsə hökm oxundu - 17 il həbs - (EKSKLÜZİV FOTO)

Keçmiş arvadını öldürən şəxsə hökm oxundu - 17 il həbs - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sadıq Muxtarovun (1990-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, qətl ötən il oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Müəyyən edilib ki, Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı Lalə Muxtarovaya (1993-cü il təv.) ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (lomla) ilə çoxsaylı xəsarətlər yetirərək, qəsdən həyatdan məhrum edib. Hadisədən sonra Muxtarov, sui-qəsd məqsədi ilə məişət-təsərrüfat təyinatlı bıçaqla özünə də xəsarətlər yetirib. Hadisə şahidlərinin köməkliyi ilə o, Respublika Klinik Xəstəxanasına yerləşdirilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 
 
 
Aktual.az





Xəbər 864 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR