Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı

Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
 
Məhkəmə baxışı fevralın 15-nə təyin edilib.
 
Qeyd edək ki, qətl hadisəsi ötən il Sumqayıt şəhərində qeydə alınıb.
Şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S.Verdiyev qadına 27 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirib.
 
Aktual.az 
Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR