Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Samir Verdiyevin (1975-ci iı təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il iyulun 3-də əvvəllər məhkum olunan Samir Verdiyev keçmiş həyat yoldaşı Tutuxanım Cəfərovanı (1984-cü il təv.) yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspürtizasının rəyinə əsasən, qadının bədən səthində 27 ədəd dəşilmiş-kəsilmiş yara aşkar edilib, o massiv qanitirmədən dünyasını dəyişib. Həmin gün Sumqayıt ş. polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Samir Verdiyev cinayəti qısqanclıq zəminində törədildiyi bildirib. Onun sözlərinə görə, Tutuxanım başqa şəxslə ailə həyatı qurmağa hazırlaşırdı.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 657 dəfə oxunub.