“Keçi, keçə və Əli Kərimli” – Deputatın yazısı...

“Keçi, keçə və Əli Kərimli” – Deputatın yazısı...

Əli Kərimlinin "keçi müqayisəsi” ictimai-siyasi camiyədə necə böyük hiddət doğurubsa, güman ki, bu reaksiyadan onun özü belə çaş-baş qalıb. Və indi malalamağa çalışır. Amma artıq gecdir.
 
Ayrıca. Niyə məhz keçi? Bəlkə "keçi travması” var bəyin? Bəlkə uşaqlıqda onu keçiyə bənzədiblər deyəmi belə aqressivdir? Bəlkə ünvanına davamlı olaraq söylənilən: "ağlına keçə yamayım” fikrini "keçi yamayım” kimi başa düşdüyü üçünmü mövzuya bu qədər həssasdır?
 
Keçi nadinc heyvandır. Onu saxlamaq çox çətindir. Keçi inadkardır, nə desən tərsinə edir. Keçi, boyundan və imkanından böyük hündürlüyə tullanmağı, dırmanmağı, nəticədə isə təpəsi üstə yerə dəyməyi sevir. Keçi dağıdıcıdır, onun əlindən nəsə saxlamaq olmur. Keçinin ağlı yoxdur, amma buynuz atmaq üçün ürəyi  gedir. Keçi həmişə haqsızdır. Keçi cığaldır. Keçinin qiyməti, dəyəri çox aşağıdır. (El arasında tez- tez işlənən "keçi qiyməti” frazası da həmin dəyərsizlikdən qaynaqlanır.)
 
Keçinin başqa bir xarakterik cəhəti isə onun tənhalığa meylli olmasıdır. Diqqət edin, hətta məktəbdə sevə-sevə öyrəndiyimiz "Keçi” şeirində belə əsas hədəf məhz bu istiqamətə ("Yalqız gəzib-dolanma) fokuslanır. Üstəlik, yunan genetiklər artıq elmi təcrübədə sübut ediblər ki, keçi ilə bayquşun təməl hüceyrələrində ciddi bir oxşarlıq var.
 
İndi isə bir sual verim: Azərbaycan siyasətində axmaqcasına inadkarlıq və tərslik edən, imkanından qat-qat artıq hündürlüyə tullanmağı hədəfləyən, sağa-sola mənasızca, həyasızca kəllə atan, ağıldan əsər-əlamət sezilməsə də buynuzu ilə fəxr edən, "keçi qiymətində” dəyərləndirilən, dağıdıcı funksiya daşıyan, bayquşa bənzəyən adam kimdir?
 
Düşünürəm, başqa ipucuna ehtiyac qalmadı...
 
Elşən Musayev
Milli Məclisin deputatı
Xəbər 1144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR