Kəbə faciəsi və Obamanın paylaşdığı FOTO - Sensasion iddia

Kəbə faciəsi və Obamanın paylaşdığı FOTO -   Sensasion iddia
  • DÜNYA

Sentyabrın 11-də  Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən  olan  Bin Laden Qrupu tərəfindən aparılan Kəbə Genişləndirmə Layihəsi işləri səbəbindən  "Hərəmi Şərifin"  kənarında  olan dünyanın ən böyük qüllə kranlarından biri  həcc ziyarətinə gedənlərin üstünə aşmışdı.  

Aktual.az avropa.info-ya istinadən xəbər verir ki, tarixin ən böyük faciələrindən biri kimi qeydə alınan hadisədə yüzdən çox insan həyatını itirmişdi.
 
Baş verən bu acı hadisə ilə bağlı sosial mediada müxtəlif iddialar ortaya atılarkən ən diqqət çəkən məsələ  ABŞ  prezidenti Barak Obamanın faciə günü paylaşdığı foto  oldu. 

11 sentyabr 2001-ci ildə  Nyu-Yorkda yerləşən Əkiz Qüllələr  2 təyyarə  ilə  təşkil olunan hücum nəticəsində  dağıdılmış, 3 min nəfər həyatını itirmişdi. 11 sentyabr hücumu kimi tarixə düşən bu hadisə ilə bağlı sosial media hesabından bir mesaj bölüşən Obamanın paylaşdığı  foto suallara səbəb olub.

Obama 11 sentyabr günü,  günorta saatlarında, yəni Məkkədə  kranın düşməsindən bir neçə saat əvvəl  əkiz qüllələri anma bölgəsinin fotosunu paylaşıb. Anım bölgəsinin  arxasında olan kran isə Məkkədə baş vermiş hadisənin  hazırlanmış terror  olması  iddialarını gündəmə gətirib. 

Xəbər 877 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR