Köçəryandan Cermux döyüşləri ilə bağlı etiraf...

Köçəryandan Cermux döyüşləri ilə bağlı etiraf...
  • DÜNYA

Erməni ekspert Tiqran Köçəryan 2022-ci il sentyabrın 12-14-ü aralığında Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma barədə paylaşım edib.
Aktual.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, həmin vaxt Cermukda şiddətli döyüşlərin getdiyini, guya Azərbaycan Ordusunun şəhərə daxil olmaq istədiyini iddia edib.
T.Köçəryan sözügedən döyüşlərlə bağlı daha bir sirri açıb.
"Onlarla itki bahasına Cermuku qoruya bildik. Xüsusən Qarabağdan gələn xüsusi təyinatlılara təşəkkür edirəm. Onlar bu döyüşdə iştirak etdilər. Lakin bu gün Cermukun müdafiəçiləri haqqında demək olar ki, heç bir məlumat yoxdur, adlarını belə bilmirik”, – deyən T.Köçəryan Qarabağdan qaçmış terrorçuların sərhəddə Azərbaycana qarşı təxribatlarda iştirak etdiyini etiraf edib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün cavab əməliyyatı keçirib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb.
Ermənistan tərəfi isə daha ciddi itki verib. Ermənistan rəsmilərinin bildirdiyinə görə, düşmən 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb. Ermənilərin 300-dən çox hərbi qulluqçusu yaralanıb.
Ümumilikdə, qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR