Bir neçə gün əvvəl Robert Köçəryan Moskvada Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb və respublikanın daxili siyasi məsələlərini, o cümlədən 2026-cı il seçkisini müzakirə edib.
Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” mənbələrinə istinadən məlumat yayıb.
"Köçəryan Kiriyenkoya seçkidə uğur qazanmağın düsturunu təqdim edib, bu, müxalifətin birləşdirilməsini və hökumətlə mümkün qədər geniş cəbhədə mübarizəni, eyni zamanda, maliyyə xərclərini nəzərdə tutur. Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib; üstəlik, o, əməlli-başlı aydınlaşdırib ki, onlar Ermənistanın üzərindən əllərini çəkiblər”, - mənbə bildirib.
Xəbər 63 dəfə oxunub.