Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Kazan Beynəlxalq Hava Limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Aktual.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti bildirib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 13:00-dan (Bakı vaxtı ilə 14:00) etibarən Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və ya təşkil etmir”.
Hava limanının hansı səbəbdən bağlanması ilə bağlı məlumat verilməyib.
Xəbər 122 dəfə oxunub.