Ermənistanın Baş naziri Nikol Paşinyan katolikosun seçilməsinin erməni kilsəsinin mövcud kilsə qaydalarına tam uyğun şəkildə keçirilməli olduğunu bildirib.
Aktual.az xəbər verir ki, bu barədə o, "Facebook” səhifəsində bildirib.
Bir neçə gün əvvəl dərc etdiyi erməni kilsəsinin yenilənməsi üzrə "yol xəritəsi”nin bəndlərinə toxunan Paşinyan birinci bəndin Katolikosun seçimi ilə bağlı olduğunu bildirib.
"Bu seçkinin hazırda mövcud olan mexanizmlərə uyğun şəkildə keçirilməsi vacibdir. Bildiyim qədəri ilə, bu seçimi erməni kilsəsinin yepiskopları həyata keçirməlidir və bu məsələdə mənim başqa yanaşmam və ya təklifim yoxdur”, - o qeyd edib.
Xatırladaq ki, dekabrın 8-də Ermənistanın Baş naziri II Qareginin uzaqlaşdırıldıqdan sonra kilsənin yenilənməsi üzrə "yol xəritəsi”ni təqdim edib.
Xəbər 56 dəfə oxunub.