Kuba inqilabının lideri, keçmiş dövlət başçısı Fidel Kastronun ölüm xəbəri heç də hamını təəssüfləndirməyib.
Aktual.az Modern.az -a istinadən xəbər verir ki, ABŞ-ın Mayami şəhərində yaşayan Kuba diasporu onun ölümü sevinclə qarşılayıb. 1958-ci ildə Kastro başçılığında kommunistlərin hakimiyyətə gəlməsi ilə ölkəni tərk edən kubalıların Mayamidə formalaşdırdığı diaspora bütün gecəni bayram edib.
Xatırladaq ki, Mayami şəhərinin əhalisinin 70%-i Kastro hakimiyyətindən qaçan kubalılardan və onların ailəsindən ibarətdir.
Xəbər 579 dəfə oxunub.