Kaspşik İrəvanda - Mirzoyanla Laçın yolundan danışdılar

Kaspşik İrəvanda - Mirzoyanla Laçın yolundan danışdılar

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub. Bundan əlavə, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh sazişi layihəsi ətrafında gedən proseslərə də toxunublar.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR