“Kasıbdan oğurluq eləməmişəm ki..” - Video

“Kasıbdan oğurluq eləməmişəm ki..”   - Video

"Mən bura borc almağa gəlmişdim"

Aktual.az Region TV-yə istinadən xəbər verir ki, Goranboyda ərzaq mağazasını yararaq oradan ödəniş terminalını oğurlayan dəstə zərərsizləşdirilib.

Polis dəstənin 3 üzvünü elə rayon ərazisində, 2 nəfəri isə Bakı şəhərində saxlayıb.

Hadisəni törədən şəxslərin 3-ü əvvələr məhkumluq həyatı yaşayıb.

Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb. Oktyabrın 24-ü səhər saat 6 radələrində 5 nəfərdən ibarət dəstə rayonun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazalarından birində ödəniş terminalını oğurlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlər - Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev, Sadıq Sadıqov və Elçin adlı şəxs saxlanılıb.

Səbuhi Məhərrəmov - müstəntiq: "Naməlum şəxs və şəxslərin Qızılhacılı qəsəbəsində yerləşən dükana qanunsuz daxil olaraq mağazada olan “Milliön” ödəmə terminalını içindəki 3036 manat pulla birlikdə gizli olaraq talamışlar".

Araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını tamah məqsədilə oğrulayaraq kustar üsulla açıb və içərisindəki pulu öz aralarında bölüblər. Hadisəni törədən şəxslərin 3-ü əvvələr məhkumluq həyatı yaşayıb.

Vaqif Hüseynov - saxlanılan şəxs: "Aparatı oğurladığıma görə peşman deyiləm, kasıbın malını oğurlamamışam ki. Peşmanam ki, Goranboyda iş görmüşəm".

İlkin Şıxıyev - saxlanılan şəxs: "Bu, sonradan ortaya çıxan plan idi. Mən bura borc almağa gəlmişdim. O mağazadan bazarlıq etmişəm".

Sadıq Sadıqov - saxlanılan şəxs: "Sözüm odur ki, peşman deyiləm. Ehtiyacım olub, eləmişəm. Kasıbdan oğurluq eləməmişəm ki, imkanlı şəxsdən oğurlamışam. Başqa da can sağlığı".

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis qrupun digər cinayətlərdə iştirakını da araşdırır.

Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR