Kasıb necə varlana bilər? – YƏHUDİLƏRİN 6 QIZIL MƏSLƏHƏTİ

Kasıb necə varlana bilər? – YƏHUDİLƏRİN 6 QIZIL MƏSLƏHƏTİ

Bu gün bütün dünya xalqları sözün əsl mənasında yəhudilərə həsədlə yanaşır. Çünki, onlar yanaşdıqları hər işdə uğur qazanıb, inamla irəliyə gedirlər. "Kasıb yəhudi” onların ən qısa lətifəsidir. Çünki yəhudilər düzgün üsullardan istifadə edərək varlanmağın bütün yollarına bələddirlər.

Aktual.az publika.az-a istinadən yəhudilərin varlanmaq üçün 6 qızıl məsləhətini təqdim edir:

1. Maddi durumunu yaxşılaşdırmaq istəməyən insan yoxdur. Güclü iradə və iddialı olmaq yəhudilərin əsas sirridir. Onlar heç vaxt ruhdan düşmür, məqsədlərinə çatmaq üçün, durmadan çalışırlar.

2. Yəhudilər heç vaxt sevmədikləri işlə məşğul olmurlar. Onlar düşünürlər ki, insan yalnız sevdiyi işdən zövq alıb, işləmək həvəsini artıra bilər. Sevimli iş uğurlu gələcəyin zəmanətidir.

3. Pulu artırmaq üçün daha yığımcıl olmaq lazımdır. Hər maaşınızın ən az 10%-ni kənara qoyub, varlığını unudun. Qarşınıza məqsəd qoyun ki, bu pulu müəyyən məbləğə çatdırıb, xırda biznes quracaqsınız.

4. Özünüzdə yatırım yəni investisiya qoymaq mədəniyyətini formalaşdırın. İnternetə daxil olub, xırda investisiyalardan böyük pullar qazanmağın yollarını öyrənin. Beləliklə əlinizdə olan pulları daha böyük kapitala çevirin.

5. Öz xırda maliyyə planınızı tərtib edin. Bu plan aylıq hətta gündəlik qazancınızı yalnız lazımi əşyalara xərcləməyə kömək edəcək. Düşünülməmiş xərclərinizin qarşısını alacaq.

6. Biznes də, digər sahələr kimi riskli işdir. Öz instinktinizə və intuisiyanıza güvənin. Qəlbinizin səsini dinləməyi bacarın. Çünki insan orqanizmi təhlükəni və inamsızlığı çox vaxt düzgün hiss edir. Unutmayın ki acı təcrübə özü də bizə böyük dərs verir. Odur ki, instinktinizi inkişaf etdirib, mükəmmələşdirməyin zamanıdır.

Yəhudilər düşünürlər ki, bu şərtlərə əməl edib, varlanmamaq mümkün deyil. Özünüzə güvənin. Mütləq hər şey könlünüzcə olacaq.
Xəbər 1030 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR