Bakı yaxınlığındakı daş karxanalarından birində dəhşətli hadisə baş verib.
Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 6-da Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində fəhlə işləyən Bakı şəhər sakini Əyətulla Nəsirov ehtiyatsızlıqdan daş kəsən kombaynın altına yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırmalar aparılır.