Kartof fri zərərli deyilmiş — Yeni araşdırma

Kartof fri zərərli deyilmiş — Yeni araşdırma

Dünyanın ən populyar təamlarından biri olan kartof fri zərərli qida siyahısından çıxmaq üzrədir. İllinoys Universitetinin tədqiqatçıları bu yeməyin hazırlanma texnologiyasında inqilabi yeniliyə imza atıblar. Tədqiqatçılar hazırladıqları yeni üsulla kartofun tərkibindəki yağ miqdarını əhəmiyyətli dərəcədə azaltmağın mümkün olduğunu bildirirlər.

Aktual.az-ın məlumatına görə tədqiqatın rəhbəri, professor Pavan Sinqx Takhar qeyd edir ki, ənənəvi qızartma zamanı kartofun məsamələrindəki su buxarlandıqca içəridə aşağı təzyiq yaranır və yağ məhz bu boşluqlara sorulur. Alimlər aşkar ediblər ki, qızartma müddətinin təxminən 90 faizində bu proses davam edir.

Alimlərin təklif etdiyi həll yolu isə hibrid texnologiyadır. Onlar ənənəvi qızartma üsulu ilə mikrodalğalı şüalanmanı birləşdiriblər. Mikrodalğalar kartofu daxildən isidərək su molekullarını buxara çevirir və yaranan yüksək daxili təzyiq sayəsində yağın məsamələrə daxil olmasına mane olur.

Sınaqlar zamanı məlum olub ki, tək mikrodalğalı metod istifadə edildikdə məhsul yumşaq alınır və istənilən xırtıldayan effekti vermir. Hibrid yanaşma isə həm xırtıldayan qabığı qoruyur, həm də bişmə müddətini sürətləndirərək yağın hopmasını azaldır.

Tədqiqatçıların fikrincə, mövcud sənaye fritözlərinə cüzi xərclə mikrodalğalı generatorlar əlavə etməklə bu texnologiyanı kütləvi istehsalda tətbiq etmək mümkündür. Beləliklə, tezliklə sevimli yeməyimizin daha az kalorili və sağlam variantları restoran menyularında yer ala bilər. (demokrat.az)

Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR