Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlov bu gün dəfn edilib.
Axar.az xəbər verir ki, Karlovun cənazəsi uzun illər xidmət etdiyi Rusiya XİN-in binasında təşkil olunan mərasimdən sonra son mənzilə yola salınıb.
Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev də iştirak edib.
Xatırladaq ki, Karlov dekbarın 19-da Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaş tərəfindən qətlə yetirilib.
Xəbər 639 dəfə oxunub.