“Karabağ hikayeleri” Nigdedə böyük maraqla qarşılandı

“Karabağ hikayeleri”  Nigdedə böyük maraqla qarşılandı

 Nigdedə millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Nigdedə Türk Genclik Klubunun təşkilatçılığı ilə təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb. Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq 2-ci başqı ilə nəşr edilib. Tədbirdə Cahan Holdinqin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR