"Kara Sevda" serialının ulduzu, məşhur aktrisa Neslihan Atagül ötən gün alış-veriş mərkəzlərinin birində paparassilərin hədəfinə düşüb. O, idman geyimi ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, serial haqqında qısa açıqlama verib. Atagül çəkilişlərdən razı qaldığını bildirib:
"Serial yaxşı gedir. Reytinqlər də yaxşıdır. Enerjimiz də var. Bir sözlə hər şey qaydasındadır".
Qeyd edək ki, Neslihan serialda Nihan obrazını canlandırır.