Kapello istefaya getdi

Kapello istefaya getdi

Rusiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fabio Kapello ilə yollarını ayırıb.

Aktual.az-ın məlumatına görə, italiyalı mütəxəssis ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Federasiya Kapelloya əməyinə görə təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzulanıb. 69 yaşlı mütəxəssis də öz növbəsində azarkeşlərə və federasiyaya minnətfarlığını bildirib.

Bundan əvvəl ehtimal olunurdu ki, Fabio Kapello 2016-ci ildə Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər öz vəzifəsində qalacaq. Lakin seçmə oyunlarda Rusiya millisinin zəif çıxışı qoca məşqçi ilə vaxtından əvvəl sağollaşmaya gətirib çıxardı.


Kapelloya 930 milyon rubl (təxminən 15 milyon avro) təzminat ödəniləcək. Bu pulu kim tərəfindən ödəniləcəyi açıqlanmır.

Baş məşqçilik karyerasına 1987-ci ildən İtaliyanın "Milan" klubunda başlayan Kapello, daha sonra "Roma", Yuventus" və "Real Madrid" klublarını da çalışdırıb. İlk dəfə 2008-ci ildə İngiltərədə milli komanda məşqçiliyinə başlayıb. 2012-ci ildən isə Rusiya milli komandasının başındadır.

Rusiya millisi futbol üzrə Avropa çempionatının seçmə mərhələsində 6 oyundan sonra 8 xal toplayaraq G qrupunda 3-cü yerdə qərarlaşıb.

 
Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR