Kanalda batan Vüqarın meyiti tapıldı - 10 gün sonra

Kanalda batan Vüqarın meyiti tapıldı -   10 gün sonra

İyulun 30-da Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıdakı nəzarətsiz ərazidə) çimərkən batmış 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.


Aktual.az-ınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, V. Paşayevin meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR