O, evinin ətrafında pokemon ovlayan adamları güllələyib
Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 29 yaşlı kanadalı qadın evinin ətrafında pokemon ovlamağa çalışan adamlara 4 dəfə atəş açıb. Oyunçular yaralanmasa da qadın saxlanılıb. O, qanunsuz silah saxlama və öldürmək məqsədi ilə atəş açma maddələri ilə ittiham olunur. Bu maddələrə əsasən qadın ümumilikdə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, son zamanlar dünyanı bürümüş Pokemon Go oyunu bir çox qəzalara və cinayətlərə səbəb olub.