Kanadalı keşiş Lim Hen Su KXDR Ali Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, keşiş təxribatçı fəaliyyətinə görə belə cəzaya məruz qalıb.
Kanadanın Toronto şəhərində kilsəyə rəhbərlik edən 60 yaşlı keşişi yanvarda, humanitar missiya çərçivəsində Şimali Koreyaya gələndə tutublar.
KXDR hakimiyyəti Lim Hen Sunu ölkə rəhbərliyini devirmək məqsədilə sui-qəsd hazırlamaqda ittiham edib.