Özünü Vadam adlandıran kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, qadın səyahətçi bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.
Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərdən - meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: "Piyada və avtostopla səyahət edirəm".
O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: "Sadəcə otururam və barabanda musiqi çalıram".
Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: "Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəldi".