Kanadada məscid yandırıldı

Kanadada məscid yandırıldı
  • DÜNYA

Kanadada naməlum şəxslər məscidi yandırıblar.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

Hadisə Ontario vilayətinin Peterboro vilayətində baş verib. Həmin gün məsciddə uşağın dünyaya gəlməsi ilə əlaqədar tədbir keçirilib.

Agentlik Kanada müsəlmanlar birliyinin sədri Kenza Abdullaya istinadən xəbər verir ki, binaya ciddi zərər dəyib və o tamamilə yararsız hala düşüb. Məscidə hücumu pisləyən Abdulla qeyd edib ki, bura sülh evidir.

Hadisə zamanlı heç kəs xəsarət almayıb. Polis binanın qəsdən yandırılması versiyasını irəli sürsə də, hələlik hadisənin motivlərini dəqiqləşdirə bilməyib. Agentliyin məlumatına görə, polis məscidin yandırılmasının Parisdəki terror aktları ilə bağlı olub-olmadığını əminliklə deyə bilmir.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR