Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.
Aktual.az TASS-a istinadən xəbər verir ki, bu barədə "National Post” qəzeti məlumat yayıb.
Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.
Qeyd edilib ki, C.Trüdo Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR