Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək

Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək
  • DÜNYA

Kanadanın yeni təyin olunmuş miqrasiya, vətəndaşlıq və qaçqınlar üzrə naziri Con MakKallum bildirib ki, liberallar hökumətinin məqsədi 25 min suriyalı qaçqının ölkəyə yerləşdirilməsi üzrə seçkiqabağı vədin yerinə yetirilməsidir.

Aktual.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kanadanın “ctvnews” telekanalı məlumat yayıb.

MakKallum bildirib ki, Ottava qaçqınları 1 yanvar 2016-cı il tarixinədək qəbul edəcək.

Nazir hökumətin qaçqınların yerləşdirilməsi proqramına qoşulacaq müxtəlif idarələr, QHT və federal departamentlərlə danışıqlar aparmaq niyyətindədir.

Aktual.az

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR