Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu axşam.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
// Aktual.az