Kamilə Babayevanın 31 illik sirri yayıldı - İNANILMAZ

Kamilə Babayevanın 31 illik sirri yayıldı  - İNANILMAZ

Tanınmış aparıcı Kamilə Babayeva kino işçilərininin peşə bayramında nostalji duyğulara köklənib.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, Kamilə sosial şəbəkədə “Bağ mövsümü” filmindən fotolar paylaşıb və təəssüratını ifadə edib: “Bağ mövsümü” filmi 1985-ci ildə lentə alındı. Filmin rejissoru dahi Tofiq Tağızadə (biz balacalar ona çəkiliş meydançasında Tofiq əmi deyərdik), ssenari müəllifi Elçin, baş operator Elxan Əliyev, rəssam Kamil Nəcəfzadə, bəstəkar Xəyyam Mirzəzadə. Baş rolda Həsən Məmmədov. Səməndər Rzayev, Leyla Şıxlinskaya, Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, Zemfira Sadiqova... Filmin balaca qəhrəmanlarını da unutmaq olmaz. Yay mövsümünə təsadüf edən filmin çəkilişləri balacalar üçün dünyanın ən gözəl tətili və unudulmaz xatirələrinə çevrildi. Bu dünyadan köçmüş kino xadimlərimizə Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm”.

Çoxları bilməsə də, qeyd edək ki, Kamilə məktəbli olarkən bu filmdə epizodik - Ağababanın qızı roluna çəkilib. Ağababa rolunda xalq artisti Həsən Məmmədov çəkilib. Film 31 il öncə lentə alınıb. Onda Kamilənin 10 yaşı olub.

Aktual.az

Xəbər 4572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR