Kallas: Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur

Kallas: Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur
  • DÜNYA

Təşkilata 27 üzv ölkə daxil olduğu üçün Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur.
Aktual.az xəbər verir ki, bu barədə bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaya Kallas "Anadolu” agentliyinə bildirib.
"Biz artıq NATO-nun artıq etdiklərini təkrarlamamalıyıq. Aİ-də 27 ordumuz var və onların hamısı əməkdaşlıq etdiyimiz bu kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planı və müdafiə büdcəsi var, ona görə deyə bilmərik ki, "bizə Avropa ordusu lazımdır”, biz bunu deyə bilmərik, lakin NATO və Aİ-yə gəldikdə, bu 27 üzvün birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var”, - Kallas qeyd edib.
O vurğulayıb ki, "NATO-da işləməli olduqları daha çox müttəfiq var və Türkiyə də onlardan biridir”.


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR