Amerikanın Kaliforniya ştatının cənubunda baş qaldıran meşə yanğınları təqribən 10 min evin 30 minə yaxın sakininin təxliyəsinə və 1 nəfərin ölümünə səbəb olub.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Los-Anceles dairəsinin Yanğın Əleyhinə Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, alov 13,4 hektar sahəni əhatə edib. Alov 10% söndürülüb. Yanğınla mübarizəyə 2 min 964 canlı qüvvə, 356 yanğınsöndürən maşın, 16 su daşıyan avtosistern, 26 vertolyot və 14 buldozer cəlb olunub.