Kaladze ad günü üçün Əbu-Dabiyə getdi, qayıda bilmir

Kaladze ad günü üçün Əbu-Dabiyə getdi, qayıda bilmir

Tiflis şəhərinin meri Kaxa Kaladze Əbu-Dabidən qayıda bilmir.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, İsrail və ABŞ-ın İrana hücumu başlayarkən Kaladze Əbu-Dabidə olub, hazırda isə mövcud vəziyyət səbəbindən geri qayıda bilmir.
Bildirilib ki, Kaladze həyat yoldaşı ilə birlikdə öz ad gününü qeyd etmək məqsədilə Əbu-Dabiyə gedib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran ABŞ-ın regiondakı hərbi obyektlərinə və İsrailə cavab zərbələri endirir.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR